Putinin limuzinindəki nömrə işlənmiş çıxdı – FOTO

Putinin limuzinindəki nömrə işlənmiş çıxdı – FOTO
Rusiya prezidenti Vladimir Putini inaqurasiya mərasiminə daşıyan yeni limuzinin dövlət nömrə nişanı əvvəllər "Daewoo Sens” və "QAZ 3110” markalı avtomobillərin üzərində olub.

Sfera.az bildirir ki, Rusiyanın dövlət nömrə nişanları bazasına əsasən, "B776УС77” nömrə nişanı 1998-ci ilin aprel ayında 47 yaşlı Moskva sakinin sahib olduğu "QAZ 3110” avtomobilinin üzərində olub.

Daha sonralar isə həmin nömrə Zelenoqrad sakininə məxsus "Daewoo Sens”ə bərkidilib.

"31 mart 2016-cı ildə sözügedən nömrə nişanı yenidən vahid məlumat bazasına qaytarılıb. Onu istənilən avtomobil sahibi əldə edə bilərdi”, – deyə mənbə "Lenta.ru”ya verdiyi açıqlamada bildirib.

Qeyd edək ki, Putini andiçmə mərasiminə daşıyan Rusiya istehsalı olan limuzin "Kortej” layihəsi çərçivəsində hazırlanıb və "Aurus” adlanır.

Limuzinin uzunluğu 6,62 metr, eni iki metr, hündürlüyü 1,69 metr təşkil edir.(Oxu.az)


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...