XİN nümayəndəsi: “Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkün olmur”

XİN nümayəndəsi: “Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkün olmur”
"Dağlıq Qarabağ kimi münaqişələr regionda sabitliyin və təhlükəsizliyin pozulmasına gətirib çıxarır. Belə münaqişələr Avropa İttifaqından kənarda baş verir”.

Sfera.az bildirir ki, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən Xarici İşlər Nazirliyinin əməkdaşı, səfir Kamil Xasıyev bildirib.

K. Xasıyev deyib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycan torpaqlarının işğalı pislənilib, ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olunub: "BMT Baş Assambleyası da bu məsələ ilə bağlı 3 sənəd qəbul edib. Bundan başqa, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, GUAM da eyni mövqedədir. Beynəlxalq ictimaiyyətin rəyinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları azad etməyib, bu torpaqlarda hərbi gücünü saxlayır, o torpaqlardan qovulmuş yüz minlərlə azərbaycanlının torpaqlarına qayıtmasının qarşısını alır. Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkün olmur”.

K. Xasıyev qeyd edib ki, təmas xəttindəki yaşayış məntəqələri atəşə tutulur, hərbiçilərlə bərabər mülki şəxslər də hədəf olur: "2016-cı ilin aprelində azərbaycanlı uşaqlar da hədəf olub, həyatını itirib”.(APA)


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...