Alimlərdən ŞOK ARAŞDIRMA - Oxuduqdan sonra mütləq çay içəcəksiz

Alimlərdən ŞOK ARAŞDIRMA - Oxuduqdan sonra mütləq çay içəcəksiz
Çay insanın zehnini aydınladaraq diqqətini toplamasına kömək etdiyi üçün alimlər çay içən insanların yaradıcı olduğunu deyir.

Sfera.Az xəbər verir ki, yeni elmi tədqiqatlara əsasən, çayın tərkibində olan teanin və kafein maddələri insanların sinir sistmeni oyaq saxlaması ilə bərabər, onların diqqətini də artırır. Tədqiqatçıların iddiasına görə, çay onu içdikdən az qala dərhal sonra zehni qabiliyyətinə təsir göstərmək gücünə malikdir.
Çinin Pekin Universitetindən olan bir qrup psixoloq aparılan tədqiqatları analzi edərək şərh verib. Onlar orta yaşları 23 olan 50 tələbənin iştirakı ilə maraqlı eksperiment aparıblar. Onlara qavrama və yaradıcılığa dair test sualları verməzdən əvvəl bu tələbələrin bir yarısına çay, digər yarısına isə adi su içirdiblər.
Testin birinci mərhələsində tələbələrə kubiklərdən "cəlbedici və yaradıcı" tikili qurmaq tapşırılıb. İkinci mərhələdə isə onlardan fantastik əriştə restoranına ad qoymaq tələb edilib.

Nəticələr isə eksperimentdə iştirak etməyən neytral tələbələr tərəfindən qiymətləndirilib. Orta hesabla testdən əvvəl çay içən tələbələrin yaradıclıq gücü reytinq cədbvəli üzrə 6,54 bal, su içənlərin isə 6,03 bal olaraq qeydə alınıb.

Restorana ad qoymaq tapşırığına görə isə çay içənlər 4,11, su içənlər isə 3,78 bal toplayıb.
Beləliklə nəticə olaraq çayın insan yaradıcılığına müsbət təsir etdiyi üzə çıxıb. Amma alimlər onu da əlavə edib ki, içilən çayın miqdarı az olduğu üçün nəticələrdə cüzi rəqəmlər rol oynayıb. (publika.az)
 

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...