Milyarderin tapançasını qaytardılar

Milyarderin tapançasını qaytardılar
Tver Şəhər Məhkəməsi biznesmen Ömər Cəbrayılova tapançasının qaytarılması haqda qərar çıxarıb.

Sfera.az xəbər verir ki, milyarderin tapançası Daxili İşlər Nazirliyinin anbarında maddi sübut kimi saxlanılırdı.

Xatırladaq ki, Cəbrayılov 2017-ci ilin avqustunda  "Four Seasons” otelində tavana bir neçə dəfə atəş açmışdı.

Buna görə biznesmenə xuliqanlıq madəsilə cinayət işi açılmışdı. Sonradan Cəbrayılov üzr  istəyərək  bildirmişdi  ki,  stres və əsəb içində olduğu üçün belə edib.

Məhkəmə biznesmeni 500 min rubl cərimə edib. Onun silahı 10 gün içində özünə qaytarılacaq.
 
 

OXŞAR XƏBƏRLƏR