Prezident İlham Əliyev Goranboy Rayon Məhkəməsinə yeni hakim təyin edib

Siyasət
19:30 / 07.05.2018
2563
Prezident İlham Əliyev Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Samir Mayılovun iş yerinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Samir İlham oğlu Mayılov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi təyin edilsin.