Dövlət Radiotezliklər İdarəsinin yeni rəhbəri təyin olunub

Gündəm
18:35 / 07.05.2018
2787
Raid Ələkbərli Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, R.Ələkbərli daha əvvəl "Delta Telecom” şirkətində texniki direktor vəzifəsində işləyib.
Yeni vəzifəyə təyin olunanadək və hal-hazırda o, ADA Universitetində informasiya üzrə baş mütəxəssis işləyir.