Əfv Komissiyasının növbəti iclası yekunlaşdı - 100-dən artıq müraciətə baxıldı

Əfv Komissiyasının növbəti iclası yekunlaşdı - 100-dən artıq müraciətə baxıldı
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Sfera.az-ın məlumatına görə , komissiyanın üzvü Rəşad Məcid bildirib ki, iclasda 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 700-dən artıq müraciətə baxıb.

Ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub. /Trend
 

OXŞAR XƏBƏRLƏR