Bütün Türkiyəni ələ salan qadın – İfşa olunmasa, deputat olacaqmış - FOTO

Bütün Türkiyəni ələ salan qadın – İfşa olunmasa, deputat olacaqmış - FOTO
Türkiyədə 15 iyul 2016-cı ildə baş verən hərbi çevriliş cəhdindən sonra məşhurlaşan bir qadının saxtakar olduğu məlum olub.

Sfera.az bildirir ki, Şərifə Boz 15 iyul gecəsi məhəlləsindəki gəncləri bir yük maşınına toplayıb çevrilişə qarşı müqavimət göstərmək üçün Taksim meydanına gətirdiyini iddia edib.

Həmçinin yük maşının sükanı arxasında çəkilmiş şəkli onun əsl qəhrəmana çevrilməsində böyük rol oynayıb. Türkiyənin Baş naziri Binəli Yıldırım da Şərifə Bozu qəbul etmişdi. O, bundan sonra bir çox rəsmi dəvətlərdə iştirak edib, özünə qarşı xüsusi hörmət gözləyib və həmin gecə çəkilən şəkli əlində bayraq edib. 24 iyunda keçiriləcək seçkilərdə Ədalət və İnkişaf partiyasından deputatlığa namizəd olmaq istəyən Boz özünü "15 iyul qəhrəmanı” kimi təqdim edib.

Elə hər şeyin üstü də bundan sonra açılıb. Hərbi çevriliş cəhdinin qarşısını almağa çalışarkən şəhid olanların qohumları Şərifə Boza etiraz edib, onu saxtakar adlandıraraq, məhkəməyə verəcəklərini bildiriblər. Bozun şəhid yaxınlarının sözlərinə cavabı belə olub: "Mən Ərdoğan sevgim, vətən və azad bir Türkiyə eşqimlə küçəyə çıxmışdım. Şəhid ailələri etdiklərimi, etdiklərimlə bir simvola çevrilməyimi qısqanırlar”.

Tərəflər bir-birlərinə qarşı iddialar irəli sürüb, sosial şəbəkələrdən kampaniyalar başlatdığı bir zamanda, həmin şəkli çəkən fotomüxbir gerçəkləri üzə çıxaran açıqlamanı edib.

"Anadolu” agentliyində çalışan müxbir Saliha Sultan bu şəkli 15 iyulda çəkmədiyini bildirib: "Çəkinərək deyirəm ki, mən o şəkli 15 iyulda deyil, 16 iyulda çəkmişəm. Şəkil çox məşhurlaşdıqdan sonra xalqın iradəsinə kölgə salmamaq üçün heç kimə bundan bəhs etmədim.

Ancaq həmin qadın hər yerdə özünü reklam edirmiş, hətta özünə xüsusi maşın da istəyirmiş. Buna görə də, o şəklin 15 iyul qəhrəmanlığı ilə bir əlaqəsi olmadığını bildirirəm”.(Minval.info)


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...