İsrailə böyük şok: Livanda keçirilən parlament seçkisində “Hizbullah” liderlik edir

Dünya
17:39 / 07.05.2018
2194
Livanda keçirilən parlament seçkilərində rəsmi olmayan ilkin nəticələrə görə, "Hizbullah” partiyası və Əməl Hərəkatının formalaşdırdığı seçki bloku liderlik edir.
Sfera.az xəbər verir ki, prezident Mişel Avnın Azad Yurddaşlar Hərəkatı partiyası baş nazir Saad Həririnin partiyası Müstəqbəl Hərəkatı ilə müqayisədə böyük irəliləyiş əldə edib.
İlkin nəticələrə görə, "Hizbullah” – "Əməl” bloku parlamentdəki yerlərin 29-u qazanıb. Azad Yurddaşlar Hərəkatı 26, Müstəqbəl Hərəkatı isə 18 yer qazanıb.
Livanlı xristian Semir Cacanın rəhbərlik etdiyi Livan Qüvvələri Partiyası da parlamentdəki yerlərini artıraraq, 2-i qadın olmaqla, 7 müstəqil namizədi parlamentə daxil etmək şansı qazanıb.
Seçkilərdə iştirak edən digər partiyalardan Suriya Sosial Milliyyətçi Partiyası 3, Marada Hərəkatı 2, Azm Hərəkatı 4, druz lider Vəlid Canpoladın Proqressiv Sosialist Partiyası 8, Livan Qüvvələri Partiyası 15, Livan Ketaib Partiyası 3 yer qazanıb. Parlamentdə boş qalan 13 yerin necə paylaşılacağı hələ məlum deyil.
Qeyd edək ki, 5 ildə bir parlament seçkisi keçirilməsi nəzərdə tutulan Livanda son seçki 2009-da keçirilib. Siyasi böhran üzündən bu illər ərzində ölkədə seçki keçirmək cəhdi baş tutmayıb.
Sfera.az