Medvedev yenidən Rusiyanın baş naziri seçiləcək?

Dünya
16:38 / 07.05.2018
1881
Yenidən Rusiya prezidenti seçilən Vladimir Putin Dmitri Medvedevi baş nazir postunda saxlamaq fikrindədir.
Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, Putin Medvedevin bu posta namizədliyini rəsmi olaraq irəli sürüb.
Putin bu günkü andiçmədən sonra bu barədə açıqlama verərək, Medvedevlə bağlı təklifini Dövlət Dumasına təqdim etdiyini bildirib.
Xatırladaq ki, Dimitri Medvedevin başçılıq etdiyi əvvəlki hökumət bu gün, Putinin inauqurasiyasından əvvəl istefaya gedib.