Oyuncaq udmağı vəd edən oyun aparatları sizi necə aldadır?

15:40 / 07.05.2018
4803
Parklarda, yeraltı keçidlərdə qoyulan, içi yumşaq oyuncaqlarla dolu olan oyun aparatları ilə yəqin qarşılaşmışsınız. Bəziləriniz cibinizdəki pulları xərcləyib, qısqaclı kran vasitəsilə oyuncağı götürüb oyuğa atmağa çalışmış, lakin heç bir cəhddə buna nail ola bilməməsiniz.
Sfera.az xəbər verir ki, ustalıqla edilən cəhdlərin uğursuzluğa düçar olması əslində bu oyun aparatlarının mexanizminə quraşdırılmış aldatma texnikası ilə əlaqəlidir.
Avtomat qutunun alqoritmində müəyyən miqdarda pul nəzərdə tutulur. Oyun aparatında müəyyən edilmiş miqdarda pul yığılmayanadək qısqac oyuncağı qapmır. Qısqaclı kranı nə qədər düzgün istiqamətləndirməyə çalışsaq da, qısqac oyuncağı götürdükdən bir müddət sonra titrəyir, ya da mexanizm tam sıxılmadığı üçün oyuncaq düşür.
Başa düşdüyünüz qədər, avtomat maşın müəyyən edilmiş qazancı əldə etməyənə qədər sizin oyuncağı udmağınıza imkan verməyəcək. Bu üzdən ilk cəhddə uğurlu olduğunuz kimi növbəti 10 cəhddə də uğur qazana bilərsiniz. Bu sizdən əvvəlki adamlarına oyun aparatına nə qədər pul atmasına bağlıdır.
Bundan əlavə qısqacın oyuncağı tutması üçün də müəyyən qədər təzyiq gücünə malik olması lazımdır və bunun üçün də xüsusi alqoritm mövcuddur. Çox vaxt kranın oyuncağı tutduğunu, sonra isə açılaraq sərbəst buraxdığının şahidi oluruq. Bunun özü belə hiyləyə əsaslanır və sizə "Az qala tuturdum, çox az qalmışdı” fikrini təlqin edərək, avtomat maşına daha çox qəpik atmağa sövq edir.
Qaydaya görə, avtomat maşının bir güc sistemi var və oyuncağı götürmək üçün bu güc sisteminin tam qüvvəsi ilə işləməsi lazımdır. Sistem isə əksər halda tam qüvvəsi ilə işləmir. Bu oyun aparatlarında arda-arda 21 dəfə oynasanız, belə udacağınıza təminat verilmir. Çünki bu güc necə gəldi verilir.
Sfera.az