Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək - RƏSMİ

14:42 / 07.05.2018
3392
"Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək”.
Sfera.az-ın məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədri, icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu barədə heç bir məlumata sahib deyil:
"Mən belə bir şey bilmirəm. Məlum olduğu kimi Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məlumatlar yayılıb.
Orxan Bəşirov
Sfera.az