Əli Əhmədov: "Ermənistanda daxili qarşıdurma uzun müddət davam edəcək"

14:37 / 07.05.2018
3593
"Ermənistanda daxili qarşıdurma uzun müddət davam edəcək".
Sfera.az bildirir ki, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov deyib.
Ə. Əhmədov bildirib ki, Ermənistanda tənəzzül bu qarşıdurmalara gətirib çıxarıb: "Çətinliklər 3-5 aya aradan qalxmayacaq. Bu, kiminsə baş nazir seçilməsindən asılı deyil. Nə qədər Ermənistan təcavüzkar siyasəti davam etdirəcək, erməni xalqı üçün bu məşəqqətlər, çətinliklər qalacaq".(APA)