Nazirlikdə ilk dəyişiklik bu olacaq – Yeni nazir AÇIQLADI

Gündəm
12:11 / 07.05.2018
2015
Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki yenilik ilk növbədə bundan sonra daha açıq şəkildə çalışması olacaq.
Sfera.az xəbər verir ki, bunu yeni Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev bildirib.
O qeyd edib ki, bundan sonra ictimaiyyətlə daha sıx işləyəcəklər: "Müzakirə olunmalı bir çox məsələlər var. Bu sahə ilə bağlı ümidləri doğrultmağa çalışacağıq".
Nazirlikdə yeni struktur islahatları aparılıb-aparılmayacağı ilə bağlı isə nazir qeyd edib ki, bu barədə danışmaq hələ tezdir: "Hələ vəziyyətlə tanış oluruq".