“S-300-ləri Suriyada istəmirik” – İsraildən Moskvaya XƏBƏRDARLIQ

“S-300-ləri Suriyada istəmirik” – İsraildən Moskvaya XƏBƏRDARLIQ
İsrail Suriyada S-300 raket komplekslərinin olmasını istəmir və silahın verilməsinin qarşısını almaq üçün Rusiya ilə qarşılıqlı kanallara malikdir.

Sfera.az bildirir ki, bu açıqlama ilə İsrailin sabiq müdafiə naziri Moşe Yalon çıxış edib. O, Rusiyanın Dəməşq və ətraf bazaların hava məkanını qorumaq üçün Rusiyanın Suriyaya verməyə hazırlaşdığı S-300 "Favorit” HHM sistemi haqda xəbəri bu cür şərh edib:

"Əlbəttə bu bizim xoşumuza gəlmir. Siz bilirsiz ki, Suriya HHM-i sovet və Rusiya istehsalı -2, SA-5, SA-17, SA-22 (С-75, С-200, "Buk”, "Pantsir”) kompekslərinə əsaslanır. S-300 daha qüdrətli sistemdir və onun orada peyda olması ürəyimizcə deyil. Lakin biz Suriyanın əlində olan bütün HHM sistemini aşmağa qadirik. S-300-lərin də öhdəsindən gəlməyə hazır olmalıyıq. 

Rusiya hökuməti S-300-lərin tədarükü ilə bağlı bizdən fikrimizi soruşsa, bildirərdik ki, komplekslərin Suriyanın əlinə düşməsini istəmirik”.

Xatırladaq ki, İsrailin hazırki müdafiə naziri Aviqdor Liberman S-300 komplesklərindən İsrail təyyarələrinə qarşı istifadə olunduğu təqdirdə HHM sistemini məhv edəcəkləri ilə bağlı dəfələrlə Moskvaya xəbərdarlıq edib.
 
Sfera.az





OXŞAR XƏBƏRLƏR