Misir Mərdanov kürəkəninin işdən çıxarılmasından DANIŞDI

Gündəm
19:14 / 04.05.2018
4801
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq Təhsil naziri, YAP Siyasi Şurasının üzvü Misir Mərdanov kürəkəni Azər Məmmədovun Xaçmaz Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilməsinə qısa münasibət bildirib.
Sabiq nazir Sfera.az-a açıqlamasında burada qeyri-adi halın olmadığını söyləyib:
"Bu barədə yazılanlara fikir bildirmək və reaksiya vermək istəmirəm. Nə yazırlarsa, yazsınlar. Hər kəsə uğurlar arzu edirəm. Allah hamıya kömək olsun!".
Xatırladaq ki, gömrük orqanlarından xaric edilən Azər Məmmədovun yerinə Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov təyinat alıb.
Orxan Bəşirov
Sfera.az