Putindən Amerikaya "ŞAH" və "MAT"

Putindən Amerikaya "ŞAH" və "MAT"
Rusiyanın Suriyada İŞİD mövqelərini bombalamasından bu yana bir həftədir Amerikanın nəzarətində olan bütün təbliğat vasitələri rus qırıcılarının İŞİD hədəflərini deyil, müxalif "Azad Suriya Ordusu"nun mövqelərini bombaladığını, İŞİD-in əsl hədəflərini isə ABŞ-ın bildiyini tirajlayırlar. 
 
Sfera.az faktxəbər-in məlumatına istinadən bildirir ki, sözügedən iddialarla cavab olaraq bu gün Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb və təklif səsləndirib. Putin “Azad Suriya Ordusu”nun rəhbərliyi ilə əlaqə qurmağa hazır olduğunu açıqlayıb və Rusiya Xarici İşlər Nazirliyi rəsmi şəkildə bununla bağlı beynəlxalq tərəfdaşları məlumatlandırıb. 
 
Daha bir istək isə Putin tərəfindən müdafiə naziri Sergey Şoyqu ilə görüşdə səsləndirilib. Təklif bundan ibarətdir ki, əgər ABŞ Suriyadakı vəziyyəti daha yaxşı bildiyini deyirsə, onda bizə müəyyən etdikləri hədəfləri versinlər. "ABŞ bir ildən artıqdır Suriyaya qanunsuz müdaxilələr edir. Onlara dedim ki, vəziyyəti daha yaxşı bilirlərsə, bu müddət ərzində müəyyən etdikləri hədəfləri bizə versinlər. Biz isə onların üzərində işləyərik" - deyə Putin bildirib.

OXŞAR XƏBƏRLƏR

Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.   ...

Lukaşenkonun prezidentliyə namizədliyi QEYDƏ ALINDI

Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi qeydə alınıb.   Sfera.az xəbər verir ...

“Keşlə bazarı”nda söküntü işləri ertələndi - RƏSMİ

Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədə...

“Rusiya-Ukrayna savaşı eynilə II Dünya müharibəsini xatırladır” - VİDEO

“Rusiya – Ukrayna cəbhəsində hadisələr öz məntiqi ilə davam edir. Son 30 ildir ki, dünyanın müxtəlif bölgələrində gərginlik hökm sürür. Burada Sovet...

Azərbaycanın üzvlüyü D-8 təşkilatına nə qazandıracaq? - AÇIQLAMA

Dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respubl...

Azərbaycan noutbuk istehsalını 3 dəfə ARTIRDI - RƏQƏMLƏR

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsal həcmi 2024-cü ilin ilk 11 ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artıb. &...