“500 manatlıq əsginaslar dövriyyəyə buraxılacaq, 10-20 qəpiklər isə...”
14:25 / 04.05.2018
3997
Azərbaycanda 200 manatlıq əsginasların dövriyyəyə buraxılacağı iddia edilmişdi.
Maraqlıdır, bu əsginasların dövriyyəyə buraxılması bizə nə qazandıra bilər?
Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, yüksək nominasiyalı əsginasların dövriyyəyə buraxılması infilyasiya ilə əlaqədardır:
"İnfilyasiyanın artdığı dövlətlərdə daha yüksək nominallı əskinasların dövriyyəyə buraxıldığını görə bilərik. Nağdsız ödənişlərin təşviqi ilə bağlı dövlət orqanları bir neçə dəfə açıqlama vermişdi. Lakin yüksək nominallı əsginasların dövriyyəyə buraxılması bu yanaşmanın uğurlu olmadığını göstərir. Yəni , nağdsız ödənişlər Azərbayanda populyar olmadı, getdikcə daha da azaldı".
N.Cəfərli bildirib ki, alış-verişdə böyük nominallı əsginasların olması əməliyyatı asanlaşdırsa da, nağdsız alış-verişlərə manelər yaradır. N.Cəfərli bu gün bir çox Avropa Birliyi ölkələrinin yüksək nominallı əsginaslardan imtina etdiyini bildirib:
"Avropa Birliyi ölkələri yüksək nominallı əsginas olan 500-lük avronun zamanla qüvvədən düşməsinə qərar veriblər. Bu gün Azərbaycanda yüksək nominallı əsginasların istismara verilməsi ilə bağlı qərar verilərsə, bunu manatın dəyərdən düşməsinə ilkin işartılardan biri kimi də qəbul etmək mümkündür. Yüksək nominallı əsginasların dövriyyəyə buraxılması devalvasiyanın olması ehtimalını artırır. Lakin öncəki illərdəki kimi kəskin devalvasiyanın olması gözlənilmir”.
N.Cəfərli bildirib ki, yaxın zamanlarda 500-lük əsginazların da dövriyyə çıxarılması gözlənilir. N.Cəfərli bununla yanaşı bəzi pul vahidlərinin sıradan çıxacağını da bildirib:
"Artıq 1,3, 5 qəpiklərin istismardan çıxdığının şahidi oluruq. 10, 20 qəpiklərin də bu cür dövriyyədən çıxacağı gözlənilir. Hələlik kağız əsginaslar üçün təhlükə yaşanmır”.
Nigar Məhərrəm
Sfera.az