Azərbaycan, Türkiyə və Ukrayna arasında üçtərəfli siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan, Türkiyə və Ukrayna arasında üçtərəfli siyasi məsləhətləşmələr keçirildi
Bu gün Bakıda Azərbaycan, Türkiyə və Ukrayna Xarici İşlər nazirlikləri arasında birinci üçtərəfli siyasi məsləhətləşmələr keçirilib. 

XİN-dən Sfera.az-a bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan, Türkiyə və Ukrayna xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov, Ümit Yardım və Vasiliy Bodnar rəhbərlik edib.
 
Görüşdə ikitərəfli əsasda üç ölkə arasındakı münasibətlərin mövcud səviyyəsi yüksək qiymətləndirildi və üçtərəfli formatda siyasi məsləhətləşmələrin yeni əməkdaşlıq imkanları yaradacağına və ölkələrimiz arasındakı ənənəvi dostluğu və tərəfdaşlığı daha gücləndirəcəyinə əminlik ifadə olunub.
 
Siyasi məsləhətləşmələr zamanı tərəflər beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bu ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək bildirib.

Tərəflər həmçinin, beynəlxalq və regional məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi apardı və nəqliyyat, enerji, iqtisadi-ticarət, təhsil, turizm və terrorizmə qarşı mübarizə də daxil olmaqla digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edib.
 
Üçtərəfli siyasi məsləhətləşmələrin müntəzəm əsasda keçirilməsi və bu formatda əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsi barədə razılıq əldə olunub.

OXŞAR XƏBƏRLƏR

İşdən çıxarılan direktorun başqa vəzifəsi var imiş

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son ...

Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Binqemton Universitetindən olan amerikalı alimlər maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər...

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...