Yeni nəsil ordu istəyən Donald Tramp: \"Bir sonrakı müharibə kosmosda olacaq\"

Yeni nəsil ordu istəyən Donald Tramp: \
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp eynilə hava, su, quru kimi kosmosun da müharibə meydanına çevrilə biləcəyini, məhz buna görə də, ölkənin təhlükəsizliyi üçün kosmosda da güclü bir orduya və texnikaya ehtiyac olduğunu dilə gətirmişdi.

Prezidentin bu açıqlamaları birmənalı qarşılanmamış, hətta lağ obyektinə çevrilmişdi.

Ancaq Tramp fikrindən daşınmaq niyyətində deyil.

Deyilənə görə, prezident ötən gün baş tutatn Ağ Ev tədbirlərindən birində yenə oxşar fikirlər səsləndirib. Hətta o, insanlığın şahid olacağı növbəti böyük müharibənin kosmosda baş verəcəyini iddia edib. 

O, bildirib ki, ABŞ-ın üstünlüyünü qorumaq üçün yeni bir qoşun növü yaradılmalıdır. Bu ordu ən son texnologiya ilə təchiz edilmiş silahlara sahib olmalı və ABŞ-ı kosmodan gələbiləcək təhlükələrə qarşı qoruya bilməlidir. 

Xatırladaq ki, oxşar fikirləri bir neçə ay əvvəl amerikalı general Devid Qoldfeyn də dilə gətirmişdi:

"ABŞ kosmosa yayıla biləcək müharibəyə hazır olmalıdır".

Lalə Nəsirova
Sfera.az




OXŞAR XƏBƏRLƏR