Türkiyədə daha bir prezidentliyə namizədin adı açıqlandı

Türkiyədə daha bir prezidentliyə namizədin adı açıqlandı
Türkiyədə daha bir prezidentliyə namizədin adı məlum olub.

Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, Cumhuriyyət Xalq Partiyasının (CHP) səs çoxluğu ilə qəbul etdiyi qərara əsasən, partiyanın bu dəfəki seçkilərdə namizədi millət vəkili Muharrəm İncədir.
 
Partiya sədri Kamal Kılıçdaroğlu birazdan  bu barədə rəsmi açıqlama verəcək. 

Xatırladaq ki, Ağ partiya Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb.

Türkiyədə növbədənkənar seçkilər 24 iyunda keçiriləcək. 

Lalə Nəsirova
Sfera.az

OXŞAR XƏBƏRLƏR