Millinin sabiq üzvü xərçəngə tutuldu

Millinin sabiq üzvü xərçəngə tutuldu
Danimarka millisinin keçmiş kapitanı Rene Henriksen xərçəng xəstəliyinə tutulub.

Sfera.az bildirir ki, məlumatı yerli mətbuata açıqlamasında futbolçu özü deyib. 48 yaşlı sabiq müdafiəçi sümük iliyi xərçəngindən əziyyət çəkdiyini deyib: "Son oyunumu meydanda keçirdiyimi düşünmüşdüm. İndi həyatımın matçına çıxıram. Lazımi gücü əldə etməkdə qərarlıyam”.

Bu xəstəliyin ölüm riski daha çoxdur.

Henriksen 1998-2004-cü illərdə Danimarka millisində 66 oyun keçirib.(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR