Hicama DƏHŞƏTİ: Azərbaycanda Hepatit və QİÇS-in belə geniş yayılmasında əsas səbəb ola bilər

Hicama DƏHŞƏTİ: Azərbaycanda Hepatit və QİÇS-in belə geniş yayılmasında əsas səbəb ola bilər
Bu gün Hicama biznesə çevrilib. Bir seansın qiyməti 40-50 manatlıq olan bu prosedurun evdə, tibb müsəssisəsindən kənarda həyata keçirlməsi isə böyük təhlükə mənbəyidir. Sosial şəbəkələrdə, müxtəlif elan saytlarında da bu cür reklamlarla tez-tez rastlaşırıq.
 
Bu prosedurun insan səhhəti üçün kifayət qədər təhlükəli olmasına baxmayaraq bu gün işbazların fikrinə aldanaraq antisanitariya şəraitində hicama etdirənlər heç də az deyil.

Respublikanın baş infeksionisti Cəlal İsayev Sfera.az-a açıqlamasında bu haqda danışıb:

"Tarix boyu Azərbaycan təbabətində hicama proseduru mövcud olub. Vaxtaşırı olaraq insanlardan qan alınırdı. Bunun da orqanizmə müsbət təsirləri olub. Lakin sağlam olmayan insanlardan qan alınması düzgün deyil. Sağlam insanlar isə gərək, evlərdə deyil, tibb müəssisələrində qan verərək başqalarına dəstək olsunlar”.

C.İsayevin sözlərinə görə evlərdə hicama prosedurunun reallaşması isə gigiyenik baxımdan da düzgün deyil: 

"Yadınıza gəlirsə, öncələr məhərrəmlikdə insanalar başlarını yarırdılar. Lakin artıq bu ənənə unudulur və insanlar tibb müəssisələrinə müraciət edərək qan verməklə həm də başqa xəstə insanlara kömək etmiş olurlar. Evdə qan aldırmaq və ya bu tip proseduralar üçün kimisə evə çağırmaq düz deyil. Bu zaman bir alət dəfələrlə istifadə olunur ki, nəticədə də hepatit, QİÇS kimi xəstəliklər geniş yayılır”.  

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...