Kapital Bank Cocuq Mərcanlıda

Kapital Bank Cocuq Mərcanlıda
Bildiyiniz kimi 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyi düşməndən azad edildi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi tam bizim nəzarətimizə keçdi. Ölkə prezidenti İlham Əliyev kəndin yenidən qurulması üçün prezidentin ehtiyat fondundan vəsait ayırdı və 2017-ci ildə "Böyük qayıdış” devizi altında həmin kəndə köç başladı. 

Azərbaycanın bütün rayonlarında xidmət nöqtələri olan Kapital Bank Cocuq Mərcanlı sakinlərinə də xidmət göstərməyə başladı. Ötən ay həmin kəndə Kapital Bank-ın bankomatı quraşdırılıb. 

Kapital Bank tərəfindən 2017-ci il ərzində cəbhəyanı zonada yerləşən Ağdam, Tərtər, Ağcabədi və Füzuli filialları yeniləyərək müştərilərin ixtiyarına verilib. Yenilənən filiallar müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir. 

Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyona yaxın ödəniş kartı vardır. Müştərilərə daha effektiv xidmət göstərilməsi üçün, həmçinin məlumat mərkəzi həftənin bütün günləri fasiləsiz işləyir. Kapital Bank-ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı vardır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...