“Qarabağda hərbi əməliyyatlara hazır olmalıyıq”

Siyasət
10:22 / 03.05.2018
2673
"Mən belə hesab edirəm ki, Qərbin Ermənistanda o qədər də böyük marağı yoxdur. Didər tərəfdən o fikirdəyəm ki, ümumiyyətlə, Rusiya bu bölgədən çəkilmək istəyir".
T. Zülfüqarov deyib ki, Rusiya artıq Ermənistanla bağlı real heç bir addım atılmır.
"Birincisi, çox asanlıqla Sərkisyanın istefası qəbul olundu. İkincisi, Qərbin və Rusiyanın bu hadisələrə aid bəyanatları heç də fərqlənmir. Həm Rusiyanın, həm də ABŞ-ın Ermənistandakı səfirlikləri eyni məzmunlu bəyanat verdilər. Bu baxımdan hesab edirəm ki, bu böhran daha da dərinləşəcək. Bir daha xüsusi vurğulayıram ki, bu böhran Ermənistanın uzun müddət regionda həyata keçirdiyi siyasətin nəticəsidir. Yəni öz qonşuları ilə konfliktləri olan bir ölkədir. İndi görünən budur ki, onun uzun müddət digər ölkələrə satdığı siyasət indi heç kəsə lazım deyil".
Zülfüqarov deyib ki, biz bu hadisələri diqqətlə izləməli, hər bir vəziyyətə, siyasətə hazır olmalıyıq. "Həm real sülh danışıqlarına, həm də hərbi əməliyyatların bərpasına. Amma indiki mərhələdə biz ermənilərin yeni səhvlər buraxmasına mane olmamalıyıq. Onlar günü-gündən daha artıq səhvlərə yol verirlər. Elə Paşinyanın baş nazir seçilməməsi Ermənistanın sabitliyi üçün yanlış olan bir addım idi. Bu, böhranın daha da dərinləşməsinə imkan yaradır. Azərbaycana gəldikdə, gəlin mane olmayaq, imkan verək onlar səhvlərini daha da çoxaltsınlar və bu səhvlərin ümumi çəkisi daha da artsın".