İki müsəlman ölkəsi diplomatik əlaqələri pozur

İki müsəlman ölkəsi diplomatik əlaqələri pozur
Mərakeş İranla diplomatik əlaqələri kəsəcək.

Sfera.az "Reuters” agentliynə istinadən xəbər verir ki, bu haqda Mərakeşin xarici işlər naziri Nasser Bourit bəyanat verib.

O bildirib ki, Tehran Polisario təşkilatına Hizbullla vasitəsilə dəstək verir:

"Hizbulla öz adamlarını Polisariya göndərərək onlara şəhər şəraitində döyüş taktikası öyrədir”.

Qeyd edək ki, Polisario Qərbi Saxaranın Mərakeşdən ayrılaraq müstəqil olmasına can atır. 2009-cu ildə Mərakeş və İran arasında diplomatik əlaqə pozulmuşdu. 2014-cü ildə isə yenidən bərpa edilmişdi.
 
İlqar
Sfera.az


OXŞAR XƏBƏRLƏR