Polad Bülbüloğlu "Exo Moskvı" radiosundan Azərbaycan xalqından üzr istəməyi tələb etdi

Polad Bülbüloğlu
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Exo Moskvı" radiosunun efirində Azərbaycana qarşı yol verilən hörmətsizliklə bağlı radionun baş redaktoru Aleksey Venediktova müraciət edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məktub aprelin 28-də "Exo Moskvı" radiostansiyasının efirində yayımlanan, aparıcı Yuliya Latıninanın müəllifi olduğu "Kod Dostupa" verilişində jurnalistin Azərbaycanı və azərbaycanlıları təhqir etməsi ilə əlaqədardır.

Səfir məktubunda Y. Latıninanın növbəti dəfə məhdud tarixi biliklərini və ermənilərə simpatiyasını göstərərək tarixi faktları təhrif etdiyini, işğalçını qurban, hərbi cinayətkar olan Serj Sarkisyan və ətrafını isə qəhrəman kimi təqdim etdiyini, 100 il ərzində işğal, soyqırım, etnik təmizləmə kimi beynəlxalq cinayətlərdən əziyyət çəkən Azərbaycan xalqını bütün günahlarda ittiham etdiyini vurğulayıb: "Aydındır ki, Yuliya Latınina tərəfindən canlı efirdə deyilən fikirlər onun qərəzli və qeyri-peşəkarlığının təzahürüdür və faktları təhrif etmək, anti-Azərbaycan təbliğatı aparmaq yolu ilə narahat Ermənistan cəmiyyətini real əhval-ruhiyyədən yayındırmaq üçün Rusiya auditoriyasını çaşdırmaq məqsədi daşıyır".

P. Bülbüloğlu Y. Latıninanın jurnalistika etikasının bütün sərhədlərini pozduğunu, reallıq hissini itirdiyini, öz hüquqi və vətəndaşlıq məsuliyyətini unudaraq auditoriyaya müraciətində Azərbaycan cəmiyyətini "ruhən xəstə" adlandıraraq bütün Azərbaycan xalqına qarşı məsuliyyətsiz, əxlaqsız və alçaldıcı ifadələr işlətdiyini vurğulayıb: "Xüsusilə qeyd etmək istəyirəm ki, bütün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Onlardan 10 milyonu Azərbaycandadır. Unutmaq lazım deyil ki, Rusiyanın özündə 2 milyona yaxın azərbaycanlı yaşayır və onların yarım milyonu Moskvada məkunlaşıb. Bu statistikanı nəzərə alaraq "Exo Moskvı” radiosunun böyük Rusiya Federasiyasında yaşayan Azərbaycan auditoriyasını özünə qarşı kökləməkdə maraqlı olduğunu düşünmürəm. Birinci dəfə deyil ki, Y. Latınina "Exo Moskvı" radiosunun çoxmilyonlu auditoriyasında istifadə edərək Azərbaycan xalqını alçaldır, Rusiya cəmiyyətində nifrət əhval-ruhiyyəsi formalaşdırır”.

Səfir A. Venediktovdan baş vermiş hadisə ilə bağlı lazımı tədbirləri görməyi xahiş edib: "Mövcud vəziyyəti diqqətinizə çatdıraraq sizdən Rusiya Federasiyasının "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunu çərçivəsində lazımi tədbirləri görməyi, redaksiya tərəfindən müvafiq təkzibin yayılmasını və bütün Azərbaycan xalqından üzr istənilməsini xahiş edirəm”.





OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...