SOCAR Türkiyə hökumətinə müraciət etdi

SOCAR Türkiyə hökumətinə müraciət etdi
SOCAR Türkiyədəki aktivi olan Petkimin yerləşdiyi ərazinin "strateji investisiya bölgəsi” elan edilməsi üçün hökumətə müraciət edib.

Sfera.az bildirir ki, bunu "SOCAR Türkiyə”nin İdarə Heyətinin sdri Vaqif Əliyev türkiyəli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə üzrə planlanmış investisiyalar davam etdirilir. "19,5 milyard dolara çatacaq investisiyalara əlavə olaraq ikinci Petkim adlandırılan investisiya layihəmiz var. Dəyəri 3 milyard dollar olacaq bu nəhəng layihə üçün 2019-cu ildə investisiya qərarı veriləcək. İnvestisiyanın planlaşdırıldığı Aliağa bölgəsinin "strateji investisiya bölgəsi” elan edilməsi verəcəyimiz qərarı asanlaşdıracaq,” – deyə Vaqif Əliyev bildirib.

Sinqapurda bu kimi oxşar strateji investisiya bölgəsinin olduğunu xatırladan V. Əliyev  hökumətlə işlərin davam etdirildiyini qeyd edib: "Yeni Petkim olaraq adlandırdığımız bu investisiyanın ayrılması üçün "strateji bölgə” istəyimizi hökumətə təqdim etdik. Biz özümü Türkiyədə strateji investor kimi görürük. Türkiyə də bizi strateji investor kimi görür. Aliağa bölgəsinə strateji investisya bölgəsi statusunun verilməsi bizim investisiyalarımızı asanlaşdırır. İnvestisiya qoyularkən müxtəlif nazirliklərə  müraciət edilməyəcək. Bütün yatırım prosesi bir əldən həyata keçiriləcək və bu qərar bürokratiyanı azaldacaq”.

SOCAR-ın xarici investisiyalarının 80%-nin Türkiyəyə yatırıldığını deyən V. Əliyev bu günə qədər qardaş ölkəyə 12,6 milyard dollarlıq investisiya yatırıldığını bildirib: "Petkimin özəlləşdirməsindən sonra hər il 100 milyon dollarlıq investisiya edirik. 10 ildir Türkiyədən bir qəpik belə gətirməmişik. Qazandığımız hər qəpik Türkiyəyə investisiya edilir”.(APA)

 

 

OXŞAR XƏBƏRLƏR

"Heç bir sirr yoxdur, təyyarəni izi itirmək üçün Aktauya göndərdilər" - Rus deputat

"Təyyarənin niyə Aktauya uçmasında heç bir sirr yoxdur".   Sfera.az axar.az-a istinadən xəbər verir ki, bunu keçmiş rusiyalı deputat, polit...

Avtomobil yük maşınına çırpıldı - ÖLƏNLƏR VAR

Beyləqanda ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, Şirvan şəhər sakini 1980-ci il təvəllüdlü Elşən Səfərovun idarə etdiyi “KamAZ&...

Çin və İran XİN başçıları Pekində görüşüb

Çinin xarici işlər naziri Van İ dekabrın 27-də Pekində İran XİN-in başçısı Abbas Əraqçi ilə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı İRNA ya...

Kazan hava limanı fəaliyyətini dayandırdı

Kazan hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir və yola salmır.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yay...

Prezident xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış oldu

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub.   Sfera.az xəbər ...

"Qəzadan öncə qaydaları pozub başqa oturacağa keçmişdim"

Rusiya vətəndaşı, təyyarə qəzasından sağ çıxan, təyyarənin salonunda çəkdiyi çoxsaylı videoların müəllifi Subxonkul Rəhimov mətbuata açıqlama verib.  &n...