"Ermənistan Qərbə yönələrsə, Qarabağı itirəcək" - ŞƏRH

Siyasət
13:09 / 02.05.2018
2769
Ermənistandakı siyasi hadisələr regionda dəyşikliklərə səbəb olacaq.
Sfera.az xəbər verir ki, bu haqda "Handelsblatt” nəşri yazıb.
Məqalə müəllifi qeyd edir ki, hələlik nə ABŞ, nə də Rusiya İrəvanda baş verənlərə rəsmi səviyyədə ciddi münasibət bildirməyib.
Sarkisyanın ölkəni parlament respublikasına çevirməklə hakimiyyətdə qalmaq istəyinə Moskva loyal yanaşdı. Halbuki, Ermənistan prezidenti ikili oyun aparırdı. Ölkəsi həm Avrasiya İttifaqında təmsil olunurdu, digər tərəfdən də Brüssellə tərəfdaşlıq haqda saziş imzalayırdı.
Məqalə müəllifi yazır ki, Sarkisyanın istefası ilə vəziyyət dəyişib. Rus telekanalları Sarkisyanı Yanukoviçlə müqayisə edir və deyirlər ki, Ermənistanın Qərbə yönəlməsi faciəvi nəticələrə gətirib çıxaracaq. Rusiyanın köməyi olmadan Ermənistan qısa müdətdə Dağlıq Qarabağ üzərində kontolu itirəcək:
"Gürcüstanın, Moldaviyanın, Ukraynanın aqibətini ermənilər unutmamalıdır”.