Avropaya səfərə hazırlaşan Ağacan Abıyevdən Orduxan Teymurxana MÜRACİƏT: "Hünərin varsa, gəl!"

Avropaya səfərə hazırlaşan Ağacan Abıyevdən Orduxan Teymurxana MÜRACİƏT:
"Orduxan Teymurxan, mayın 3-də Avropaya gəlirəm. Hünərin, cəsarətin varsa, gələrsən, cavabını verərəm". 

Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, deputat, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev deyib. 

O, bir həftəyə yaxın Yunanıstanda səfərdə olacağını söyləyib:

"Təqribən 5-6 gün Yunanıstanda keçiriləcək tədbirlərdə iştirak edəcəm. Tədbir Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Akademiyası tərəfindən təşkil olunacaq. Həmin tədbirdə mən də hesabatla çıxış edəcəm. Hazırda həmin səfərə hazırlaşıram".

Ağacan Abıyev Avropada Azərbaycan hakimiyyəti əleyhinə söyüş kampaniyası aparan Orduxan Teymurxanın digər azərbaycanlı millət vəkilləri kimi onun da qarşısına qəfil çıxma ehtimalının olduğunu bildirib:

"Təyyarə reysim mayın 3-də paytaxt Afinaya olacaq. Buradan Orduxan Teymurxana müraciət edərək bildirirəm ki, hünərin varsa, gələcəm Avropaya. Buyurub üzbəüz mənə sözünü deyə bilərsən. O, qarşıma çıxsa, əmin olsun ki, layiqli cavabını alacaq".

Xatırladaq ki, bu yaxınlarda millət vəkili Ağacan Abıyev Orduxan Teymurxanı rinqə çıxmağa çağırmışdı. 

Orxan Bəşirov 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...