Avtomobillərin texniki baxışdan keçmə müddəti bu gün bitir – 300 MANATLIQ CƏRİMƏ

Cəmiyyət
16:32 / 01.05.2018
4356
"MDB istehsalı olan avtomobillərin texniki baxışdan keçmə müddəti bu gün bitir. Avtomobilin təyin edilmiş müddətdə texniki baxışdan keçməməsi ilə əlaqədar olaraq cərimə nəzərdə tutulur. Fiziki şəxs 50, vəzifəli şəxs 100, hüquqi şəxs isə 300 manat məbləğində cərimə olunacaq”.
Bu sözləri Sfera.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, avtomobillərin texniki baxışdan keçirilməsi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin müayinə mərkəzində həyata keçirilir:
"Heç bir nasazlıq qeydə alınmadıqda avtomobil saz hesab edilir. 2009, 2011, 2013-cü illər istehsalı olan MDB ölkələrinə məxsus avtomobillər texniki baxışdan keçirilməlidir. Xarici ölkələrin istehsalı olan avtomobillərin isə noyabrın 1-nədək texniki baxışdan keçirilməsi nəzərdə tutulur”.
Nigar Məhərrəm
Sfera.az