Vüsal Hüseynov kadr dəyişikliyi etdi

Gündəm
14:03 / 01.05.2018
2855
Dövlət Miqrasiya Xidmətinə yeni təyinat alan Vüsal Hüseynov kadr islahatlarına start verib.
Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, V.Hüseynov Dövlət Miqrasiya Xidmətində bölmə rəisi Şəhriyar Tariyevi tutduğu vəzifədən azad edib. DMX rəisi bununla bağlı əmr imzalayıb.
Qeyd edək ki, vəzifədən azad olunan Şəhriyar Tariyev Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi Firudin Nəbiyevə yaxın qohumluğu ilə tanınıb.