Paşinyanın tərəfdarları meydana toplaşır

Paşinyanın tərəfdarları meydana toplaşır
Bu gün səhər saatlarından yüzlərlə adam İrəvanın Respublika meydanına toplaşıb.
 
Sfera.az  "İnterfax”a istinadən xəbər verir ki, meydanda quraşdılılmış böyük monitorda baş nazirin seçilmə posesi birbaşa yayımlanacaq.

Qeyd edək ki, Ermənistan Milli Yığıncağının (parlament) mayın1-də keçiriləcək xüsusi iclasında ölkənin yeni baş naziri seçiləcək. Müxalifətin vahid namizədi Nikol Paşinyandır.

Həmçinin, Yerevanın mərkəzində sayı çox da olmayan polis əməkdaşları müşahidə olunur. Ümumilikdə, paytaxtın mərkəzində hələlik sakitlik olduğu bildirilir.
Paşinyan dünən gecə çıxışında bildirmişdi ki, "Respublikaçılar” partiyası seçkiyə maneçilik etmək niyyətindədirlər.
 
İlqar
Sfera.az

OXŞAR XƏBƏRLƏR