Deputatın çənəsini qırdılar

Dünya
11:39 / 01.05.2018
2009
Ukrayna Ali Radasının deputatı Mustafa Nayem naməlum şəxslər tərəfindən döyülüb.
Sfera.az xəbər verir ki, bu haqda deputat öz "Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə insident yolda baş verib. "Gelandewagen” markalı avtomobil onun yoluna çıxmaq istəsə də deputat buna imkan verməyib. Xuliqanlıq edənlərlə onun arasında söz mübahisəsi sonda davaya keçib. "Gelandewagen”dəki sürücü və sərnişinlər deputata zərbə endiriblər. Nəticədə Mustafa Nayemin çənəsi sınıb. Sonra olanları isə deputat xatırlamır.
O bildirib ki, polisə hadisə barədə ətraflı məlumat verib və insidentin onun siyasi fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.
İlqar
Sfera.az