Zəfəran - hər dərdə dərman...

Zəfəran - hər dərdə dərman...
Zəfəran bənövşəyi rəngin ən fərqli çalarlarını özündə əks etdirən zərif, gözəl və qiymətli bitkidir. Uzun əsrlərdir ki, ondan məişət və təbabətdə geniş istifadə olunur. Min bir dərdin dərmanı olan zəfəran milli kulinariyada 50-dən çox şirniyyatın hazırlanmasında tətbiq edilir. Tarixi mənbələrə görə 4 min il əvvəl yaşamış qədim xalqlar da zəfərandan istifadə ediblər.

Sfera.az bildirir ki, tarixi mənbələr IX əsrdə Azərbaycandan xarici ölkələrə zəfəran ixrac edildiyini xəbər verır. O da məlumdur ki, XVIII əsrdə Bakının gerbində dəvə yükünün üstündə çiçək açmış zəfəran təsvir edilmişdi. Deməli, hələ o dövrlərdən Bakıda əkilib-becərilən zəfəran Abşeronun rəmzinə çevrilib. Münbit torpağı sevən bitki kiçik Asiya, İran, Suriya, Hindistan, Çin və Yaponiyada, eləcə də bır sıra Avropa ölkələrində becərilsə də, Abşeron zəfəranı dünyada seçilir. Ölkəmizdə bitkinin yabanı halda bitən 6 növü var.
Midiya və Assuriyaya aid edilən yazılı qaynaqlarda zəfəranın adı çəkilir. Keyfiyyətinə görə dünyada şöhrət qazanan Abşeron zəfəranından ata-babalarımız dərman vasitəsi kimi də istifadə ediblər.

Zəfəranı qiymətli edən onun telləridir. Ətir yağları ilə zəngin olan zəfəran tellərinin 75-80 qramı 1 kiloqram çiçəkdən alınır. Onu əsl şəfa mənbəyi hesab edirlər. Tərkibi rəngləyici maddələr, şəkərlər və digər vitaminlərlə zəngindir.

Xalq təbabətində geniş istifadə olunan zəfərandan mədə-bağırsaq, ürək, öskürək və qızdırma zamanı istifadə edilir. Vaxtilə böyük loğman İbn Sina "Tibbi qanunlar" kitabında zəfəran bitkisinin 300-dən çox xəstəliyə dərman olduğunu yazıb.
 

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...