Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

İdman
20:30 / 30.04.2018
4950
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb.
Sfera.az-ın məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız qələbəyə görə Sizi beynəlxalq cüdo cəmiyyəti adından və şəxsən öz adımdan təbrik edirəm.
Yenidən Prezident seçilməyiniz Zati-alinizin güclü və müdrik liderliyinin sübutudur. Əminəm ki, Prezidentliyinizin yeni dönəmində də Azərbaycanın inkişafı davam edəcək, xalqınızın rifahı daha da yaxşılaşacaq".