Ziya Məmmədovun qardaşı “Trump Tower”-in yanmasından danışdı
19:06 / 30.04.2018
15894
Milli Məclisin sabiq deputatı, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov ötən gün Bakıda yerləşən və qardaşı oğlu Anar Məmmədova məxsus olduğu deyilən "Trump Tower” adlanan yüksəkmırtəbəli binada baş verən yanğın hadisəsindən danışıb.
Elton Məmmədov Sfera.az-a açıqlamasında bildirib ki, heç kim bu cür hadisələrdən sığortalı deyil:
"Birincisi, yanğın hadisəsi olub və müvafiq orqanlar hadisəni araşdırır. Hadisənin təxribat olub-olmaması ilə bağlı mən kiməm ki, nə isə söyləyim? Bunun üçün hüquq mühafizə orqanları var.
Digər tərəfdən isə axı bu hadisənin mənə nə aidiyyatı var? Mən bu hadisəyə necə hüquqi qiymət verə bilərəm? Təxribatın olub-olmaması barədə hər hansı fikirləri binanın sahibi, şirkət və ya hüquqi şəxs bildirə bilər. Bunu mən haradan bilə bilərəm?”.
Sabiq deputat sözügedən binanın onlara məxsus olmadığını söyləyib:
"Əgər jurnalistlər gedib həmin binanın balans sahibini araşdırsalar, bilərlər ki, həmin göydələn Anar Məmmədova məxsus deyil”.
Ozal Mamedov