“Youtube” ulduzu, repçi gənc narkomafiyanın cəlladı imiş

“Youtube” ulduzu, repçi gənc narkomafiyanın cəlladı imiş
Meksikalı reperin narkomafiyanın cəlladı olması xəbəri ölkəni qarışdırıb.

Sfera.az xəbər verir ki, bu haqda "New York Post” yazıb.

"Youtube” ulduzu Kristian Omar Palma Qutyerres daha çox "QBA” təxəllüsü ilə tanınırdı. Polisə məlum olub ki, reper Xaliskodan olan 3 gənc tələbənin qətlində iştirak edib. Ola bilsin ki, digər qətllərdə də əli var.

19 apreldə 3 kinomatoqrafçı tələbənin itkin düşməsi haqda xəbər yayılıb. Onlar üzübağlı adamlar tərəfindən naməlum istiqamətdə aparılıb.
Polis izə düşüb və tezliklə Ranço de La Kruzda tələbələrin turşuda (kislota) əridilmiş qalıqların tapıb. DNK testi ilə onların şəxsiyyəti müəyyən edilib.
Tələbələrin meyitini turşuda məhz Qutyerres əridib.

O etiraf edib ki, 3 ildi Xalisko narkokartelinə işləyir. Baron ona həftəlik 3 min peso ( 150 dollar) pul verirmiş.
Tələbələrin meyitini əritməyi ona banditlər deyib.

Əslində onlar boş yerə öldürülübmüş. Banditlər tələbələri rəqib narkokartelin adamlarına oxşadıblar. Öldürəndən sonra aydın olub ki, səhv ediblər.
Xalisko karteli yeni yaransa da qanlı qətlləri ilə ad çıxarıb. Onlar az zamanda başqa qruplaşmaların ərazilərini ələ keçiriblər.

İlqar Atabəyli
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...