Futbolçu hakimə sarı kart göstərdi

İdman
17:24 / 30.04.2018
3409
Holladiya çempionatında kuryoz hadisə olub.
Sfera.az xəbər verir ki, hadisə "Vites” və "Tvente” komandalarının oyununda olub.
2-ci taymın ortasında hakim təsadüfən "Vites”in oyunçusu Navoron Foora mane olaraq onu yerə yıxıb. Foor ayağa durub, hakimin cibindən sarı vərəqəni çıxararaq ona göstərib.
Hakimlər və oyunçular bu mənzərəyə gülərək oyuna davam ediblər. Oyun "Vites”in 5:1 hesablı qələbəsi ilə başa çatıb.