Trampın səs-küyə səbəb olan "tvit"lərini o yazırmış - FOTO

Trampın səs-küyə səbəb olan
Sosial şəbəkədə yaydığı statuslarla hər zaman müzakirə predmetinə çevrilən ABŞ prezidenti Donald Trampın "tvit"lərinin çoxunun özünə aid olmadığı üzə çıxıb.
 
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Trampın "tvit"lərini yazan şəxs Den Sçavinodur.

51 milyondan artıq "Twitter” təqibçisi olan Donald Tramp vəzifəyə gəlməzdən öncə sosial şəbəkə hesablarının idarəsini Den Sçavinoya həvalə edib. Tramp prezident olmadan öncə Ağ evdə belə bir vəzifə olmasa da, Den Sçavino hazırda onun sosial media direktoru kimi fəaliyyət göstərir. O, öncələr qolf klubunda məşqçi köməkçisi kimi çalışıb. 1990-cı ildən bəri Tramp ailəsi ilə tanış olan Sçavino @realDonaldTrump hesabını idarə etməklə yanaşı prezidentin digər sosial şəbəkələrdə statuslarını yazmaq və məlumatlarını yaymaqla məşğuldur. 2016-cı ildə Donald Trampın prezident kampaniyasında xüsusi canfəşanlıq göstərən Den Sçavinonun hələ o zaman hazırkı Ağ Ev rəhbərinin "tvit"lərinə müdaxilə etdiyi də söylənilir. 

Məlumata görə, o zaman Rusiyanın yaratdığı sosial media platforması olan "Vkontakte” Sçavino ilə əlaqələr quraraq Trumpın seçki kampanyalarını yaymaq üçün onlara reklam təklif edib. 

"Washington Post”un xəbərinə görə Sçavino "Vkontakte”nin ABŞ-dakı təmsilçisi Rob Qoldstona göndərdiyi elektron poçtda razılığını bildirib:
 
"Əlinizdə olanları mənə göndərməkdən çəkinməyin. Donald Trumpa və onun seçki kampaniyasına göstərdiyiniz marağa görə sizə təşəkkür edirəm".
 
Məhz bu səbəblərə görə, "tvit"ləri qalmaqal yaradan və dəfələrlə məhkəməyə verilən Donald Trampla yanaşı artıq Den Sçavino da qınaq obyektinə çevrilib.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...