Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulur

Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulur
Özbəkistan hökuməti Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulmaq qərarına gəlib.

Sfera.az bildirir ki, bunu Özbəkistan prezidenti Şövkət Mirziyoyev Daşkənddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.    

"Prezident Ərdoğanla uzun söhbət etdik. Özbəkistan bayrağı da Şuradakı bayraqlar arasında yer alacaq. Bişkekdəki növbəti toplantıya Özbəkistan da qatılacaq. Bu, önəmli, böyük bir qərardır”, - deyə Ş. Mirziyoyev bildirib.

Qeyd edək ki, R. T. Ərdoğan bu gün Özbəkistana rəsmi səfər edib. İki ölkə arasında 25 rəsmi sənəd imzalanıb.

Xatırladaq ki, 16 sentyabr 2010-cu il tarixində türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında qərar qəbul edilib. Qurumda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur.(Apa)

OXŞAR XƏBƏRLƏR

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...