Avtobus sürücüsünün oğlu Böyük Britaniyanın yeni daxili işlər naziri təyin olundu - FOTO

14:17 / 30.04.2018
2272
Böyük Britaniyanın yeni daxili işlər naziri Sacid Cavid olub.
Sfera.az "BBC.com"a istinadən xəbər verir ki, o bu postda istefa ərizəsi yazan Ember Raddı əvəz edib.
48 yaşlı yeni nazir daha əvvəl regionlar və yerli idarəetmə işləri üzrə rəhbər vəzifədə işləyib.
Qeyd edək ki, o, 1960-cı illərdə İngiltərəyə köç edən pakistanlı avtobus sürücüsünün oğludur.
Lalə Nəsirova
Sfera.az