İsrailin Suriyaya raket zərbələri zəlzələyə səbəb oldu: Ölənlər var

Dünya
13:20 / 30.04.2018
2150
İsrailin ötən gecə Suriyada hökumət qüvvələrinin və Əsədə dəstək verən iranyönümlü qruplaşmaların bazalarına endirdiyi güclü raket zərbələrinə dair yeni təfərrüatlar məlum olub. "Frans press” agentliyi bu raket zərbələri nəticəsində azı 26 hərbçinin öldüyünü bildirir, onların bir qismi İran hərbçiləridir.
Sfera.az xəbər verir ki, hədəflərdən biri Hmeymimdəki Rusiya aviabazasının yaxınlığında yerləşən obyekt olub. Lakin Rusiya bazada yerləşdirilmiş S-400 zenit-raket kompleksini işə salmayıb.
Zərbələr o qədər güclü olub ki, hətta zəlzələ yaradıb. Avropa-Aralıq dənizi seysmoloji mərkəzi partlayış rayonlarından birində, episentri Hama şəhərindən 16 kilometr cənub-şərqdə yerləşməklə 2.6 bal gücündə zəlzələ qeydə alıb. Rusiya mənbələri isə bildirir ki, Bəşər Əsədin ordusunun Hama yaxınlığında yerləşdirilmiş 47-ci briqadasının silah anbarına hücum edilib, anbarda güclü partlayış baş verib.
"Sky News” telekanalının ərəb xidməti silah anbarında azı 40 hərbçinin öldüyünü, 60-dan çox hərbçinin yaralandığını bildirir.(virtualaz.org)