"Azərbaycanı konstruktiv danışıqlara vadar etməliyik” - Paşinyan

"Yelk” partiyasından baş nazir postuna namizədliyi irəli sürülmüş Nikol Paşinyan jurnalistlərlə söhbətində Qarabağ məsələsinə toxunub.

Sfera.az "Panorama.am” saytına istinadən xəbər verir ki, deputat Azərbaycanı konstruktiv danışıqlara vadar etmənin vacib olduğunu deyib. O bildirib ki, Azərbaycan aqressiv siyasət yürüdür və İrəvanın alınmasından danışır:

"Başlıca vəzifəmiz ordunu gücləndirmək, döyüş ruhunu qaldırmaqdır. Azərbaycanı konstruktiv danışığa gətirmənin yolu budur".
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR