"Ay Səməd müəllim! Bir az kreativ olun!" - Mirşahindən AŞPA-ya ŞOK CAVAB (VİDEO)

İndi isə yenidən o boş şey barədə. AŞPA-da Azərbaycanın ayağına, əlinə, başına və s. yerlərinə yazılan qeydlərlə bağlı araşdırmalarımız davam edir. 

Yəqin ki, bu yaxınlarda sırf bu mövzu ilə bağlı ayrıca çıxışım olacaq, çalışacağıq ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndələri ilə mütləq görüşək. Amma indi mənə maraqlı görünən və hələ ki, cavab tapmadığım suallar barədə danışmaq istərdim. Məsələn, AŞPA-da olan nümayəndələrimizin bir iki saçı uzun suray xanım qarşısında özünü bir az ehtiyatlı və ya qismən ürkək aparması mənə çatmadı.

Mən düşünürdüm ki, Azərbaycanın konkret olaraq düşmənləri ilə bir ideoloji barrikadanı paylaşan Orduxan, Tural kimi əl-ayaq və dümbül yığını dərhal Azərbaycan xalqı adından rəmzi tüpürcəyə qonaq ediləcək. Dövlətimizi, xalqımızı biabır etdiklərinə, Xalqımızın imicinə özünəməxsus zir-zibil yapışdırdıqlarına görə. Amma o adamcıqların qarşısında, bağışlayın məni səhv etsəm, amma mənə elə gəldi ki, bizimkilərdə - bir özünə bəraət qazandırmaq cəhdi var.

Siqaretini təcili söndürüb ərazini tərk edən millət vəkillərimiz məncə qarşı tərəfə onların layiq olmadığı hörməti göstərdi. Gərək ki, Səməd Seyidov idi, unitaz-adamlardan birindən soruşdu ki, mən sizin haqqınızda nəsə demişəm??? Axı, bu, evrounitazların davamları özlərini o ki var batırıblar ki, Sizə yanaşanda rəmzi olaraq burnunuzu tutub keçə bilərdiniz, ay Səməd müəllim! Bir az kreativ olun. Hər dəfə cavab vermək lazım deyil. Məsələn, tüpürüb keçmək də olar.

"Mir Şahinin vaxtl"na tam formatda videomaterialda baxa bilərsiniz

Real TV
 
 

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...