Ərəblər daha Azərbaycana axın etməyəcək - Kraldan İNANILMAZ ADDIM

Ərəblər daha Azərbaycana axın etməyəcək - Kraldan İNANILMAZ ADDIM
Səudiyyə Ərəbistanı dünyanın ən böyük əyləncə mərkəzlərindən birinə sahib olacaq.

Sfera.az bildirir ki, paytaxt Riyada 40 km məsafədə yerləşən, 334 km ərazini əhatə edən "Qiddiya” adlı əyləncə şəhərciyi qurulacaq.

Layihənin təməli böyük şənliklə qoyulub. Mərasimdə Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd ibn Salman iştirak edib. Sərmayəçilər və şirkətlər layihəyə xüsusi maraq göstərib.

"Qiddiya” layihəsinin tamamlanmasından sonra Səudiyyə Ərəbistanı vətəndaşlarının əyləncə üçün xarici ölkələrə çıxardığı milyardlarla dollar daxili bazarda qalacaq, xarici investitorlar bu ölkəyə axın edəcək və Səudiyyə Ərəbistanı dünyanın turizm mərkəzinə çevriləcək.

Səudiyyə Ərəbistanın 2030-cu il formatı üçün iqtisadi qazanc mənbəyi kimi düşünülən "Qiddiya” ölkənin ən varlı fondu olan Səudiyyə İctimai Sərmayə Fondundan dəstək alır. Layihənin ilk mərhələsinin 2022-ci ildə tamamlanması və xidmətə açılması hədəflənir. Əyləncə şəhərciyində idman, əyləncə, mədəniyyət müsabiqələrinin keçirilməsi üçün də şərait yaradılacaq.

"Qiddiya” məkan baxımından ABŞ-ın Orlando şəhərindəki "Disney World” əyləncə şəhərciyindən 2,5 dəfə böyük olacaq və 17 milyon nəfəri eyni anda qəbul edə biləcək. Mərkəzdə 57 000 insanın işləyəcəyi bildirilir.

Qeyd edək ki, rəsmi statistikaya görə, son illər Azərbaycana ərəblərin axını güclənib. Azərbaycana gələn turistlər sırasında Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edir.(Publika.az)

OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...