Gənc ana 2 uşağını maşınında öldürüb YANDIRDI

Gənc ana 2 uşağını maşınında öldürüb YANDIRDI
Qadının məqsədi təkbaşına tətilə getmək olub.
 
Bu gün bütün Rusiya Yelena Kərimova adlı qadından danışır. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, adıçəkilən qadın tətilə gedə bilmək üçün soyuqqanlılıqla 4 yaşlı qızı Cəmilə və 2 yaşlı oğlu Süleymanı qətlə yetirib.

Hadisə Rusiyanın Nijnıy Novqorod şəhərində yaşanıb. May ayının əvvəli üçün isti ölkələrdən birində istirahət etmək məqsədilə tətil paketi alan Yelena uşaqlarını əlləri ilə boğaraq öldürüb. Daha sonra cəsədləri necə gizlədəcəyini bilməyib və onları yandırmağa qərar verib. Yelenanın çıxardığı yanğını söndürməyə gələn yanğınsöndürənlər mənzərə qarşısında şoka düşüblər. Təhlükəsizlik qüvvələri tərəfindən qısa müddətdə həbs edilən cani ana soyuqqanlı şəkildə uşaqlarına yaxşı gələcək qura bilmədiyi üçün onları öldürdüyünü etiraf edib.5 il öncə evlənən və daha sonra boşanan Yelena uşaqlarını təkbaşına böyüdüb. Bir işdə davamlı olaraq işləyə bilməyən gənc qadın qohumlarının köməyi ilə uşaqlarına baxıb. O, cinayəti törətməzdən bir həftə öncə sosial mediada uşaqlarına sitayiş etdiyini yazıb.

Rusiya mətbuatında yayılan xəbərə görə, 50 000 rubl dəyərində tətil paketi alan qadın ölkəni tərk edərkən uşaqlarını qoyacaq yer tapa bilməyib. Buna görə də onları qətlə yetirib. Yeni bir həyata başlamağa qərar verən Yelena avtomobil kirayələyərək övladlarını şəhərdən kənara aparıb. Avtomobildə uşaqlarını boğaraq öldürən ana onları yandıraraq yox etmək istəyib. Ancaq meşədə yanğının yayılacağından qorxub və alovu söndürərək yarı yanmış cəsədləri Osinki kəndi yaxınlığındakı samanlığa aparıb. Üzərilərinə benzin tökərək cəsədləri ikinci dəfə yandırıb.

28 apreldə polislər tərəfindən bölməyə gətirilən Yelena etdiyi dəhşətli cinayəti gizlətməyib və tək bir göz yaşı tökmədən, soyuqqanlılıqla cinayətin təfərrüatlarını etiraf edib.




OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...