Ərdoğanın baş məsləhətçiləri istefa verdi

Dünya
22:32 / 28.04.2018
7379
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 34 baş məsləhətçisindən 7-si iyunun 24-də keçirilən seçkilərdə deputatlığa namizədlər sırasında ola bilmək üçün istefa verib.
Axar.az xəbər verir ki, 7 baş məsləhətçi AKP-nin keçmiş vəkillərindən olub. Onların adlarının Alov Dədəgil, Ayşə Türkmənoğlu, Gülay Samancı, Gülşən Orxan, Seyid Sərtçelik, İhsan Şenər və Özləm Zəngin olduğu bildirilib.