Ermənistanın hakim partiyası baş nazir postuna namizəd irəli sürməyəcək

Dünya
20:11 / 28.04.2018
6861
Ermənistanın hakim Respublika partiyası ölkənin baş naziri postuna öz namizədini irəli sürməyəcək.
"Biz baş nazir postuna namizəd irəli sürməmək barədə qərar qəbul etmişik, lakin fraksiya yekdilliklə səs verəcək”, - deyə Şarmazanov qeyd edib.
Xatırladaq ki, aprelin 13-dən başlayaraq müxalifət Yerevanda və Ermənistanın digər iri şəhərlərində mitinqlər keçirilir. Əvvəlcə onların məqsədi sabiq prezident Serj Sarkisyanın baş nazir postuna təyin olunmasına imkan verməmək idi. Nəticədə Sarkisyan seçildikdən bir neçə gün sonra – aprelin 23-də bu postu tərk etmək məcburiyyətində qaldı. Lakin aksiyalar hələ də davam edir.
Xatırladaq ki, Ermənistanın baş naziri parlamentin mayın 1-də keçiriləcək xüsusi iclasda seçiləcək.