Başı quş yuvasına oxşayan deputat suallara cavab verdi

Dünya
15:01 / 28.04.2018
7943
Rusiyanın Xakasiya Respublikasının senatoru Valentina Petrenko saç düzümü ilə tez-tez gündəm olur.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Xakasiyanın rus senatoru olan Valentina Petrenko artıq uzun müddətdir ki, saç modeli ilə təkcə rusların deyil, dünyanın da diqqət mərkəzindədir.
Bir müddət əvvəl internetdə təsadüfən rusiyalı deputat Valentina Petrenkonun saç düzümünü görən avstraliyalı jurnalist çox təəcüblənmişdi.
Jurnalist Aleks Bryus-Smit rus deputatın bir neçə şəklini "Twitter"da dərc etmiş, 22 min "like" gələn statusun altında qızğın müzakirələr getmişdi.
Çoxları deputatın saçını quş yuvası ilə müqayisə etmişdi.
Rus jurnalistləri isə deputatın öz saçına hər səhər nə qədər vaxt sərf etməsi maraqlandırıb.
Petrenko deyib ki, bu sualdan atrıq bezib:
"Hər gün sat 6-da dururam. Hərdən daha tez. 7:30-da işə gedirəm. Bu vaxt ərzində həm səhər yeməyini yeyirəm, həm də özümü qaydaya salıram”.
İlqar
Sfera.az